Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO

04.08.2020 17:36 3 503
Azərbaycanda 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Astara rayonunun sakini Abdulla Məmmədov tutulub. Onun üzərində axtarış aparılan zaman 3 qrama yaxın narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Abdulla Məmmədovun ətrafında əlavə əməliyyat tədbirləri keçirilərkən onun Abşeron rayonunun Masazır qəsəbəsində kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxladığı da məlum olub.

Polislər tərəfindən həmin ünvana baxış zamanı 855 qram heroin, 6 kiloqram 475 qram tiryək, 1 kiloqram 885 qram qurudulmuş marixuana və 904 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Abdulla Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran vətəndaşından aldığını bildirib.








Son xəbərlər