Qurban Qurbanov: Gözləyirdilər ki, Riçard gəlsin, zarafat çoxalsın » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:07 Bazar günü imtahan verəcək şagirdlərin nəzərinə!  |     12:05 Rusiya vətandaşı Zaqatalada bədbəxt hadisə nəticəsində öldü  |     12:04 Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq ETDİ  |     12:03 İnterpol xətti ilə tutulan şəxsə Azərbaycanda hökm oxundu  |     12:02 AXCP sədr müavini Şirvanda oğurluğa görə saxlanıldı - FOTO  |     12:01 Moskvadan Lənkərana uçuşlar başlayacaq  |     11:59 Maştağada kişi meyiti aşkarlandı  |     11:57 Azərbaycanda bələdiyyənin möhür və ştampı yoxa çıxdı  |     11:56 Sərbəst güləşçimiz Macarıstanda mübarizəyə qoşulacaq  |     11:55 Futbol meydançasındakı söyüşə görə mübahisə qanla nəticələndi - HÖKM  |     11:52 Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR  |     11:47 Bakının bir sıra rayonlarında qaz olmayacaq  |     11:46 Azərbaycanda 39 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA  |     11:44 Qusarda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü  |     11:39 Uşaqlara görə erkən yaşda əmək pensiyasından hansı halda yararlanmaq mümkündür?  |     11:37 Dünyanın ən hündür zirvəsindən 11 ton zibil toplandı  |     11:36 Şabranda avtomobil yeniyetməni vuraraq öldürüb  |     11:35 Yer kürəsində maqnit fırtınaları gözlənilir  |     11:29 Rusiya, Çin və İrandan birgə NÜVƏ BƏYANATI  |     11:28 Naftalanda güllə yarası alan 37 yaşlı kişi ölüb  |    

Qurban Qurbanov: Gözləyirdilər ki, Riçard gəlsin, zarafat çoxalsın

“Qarabağ”ın bu gün mətbuat üçün açıq məşqi keçirilib.

Median.Az
xəbər verir ki, məşqdən öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

46 yaşlı mütəxəssis zədəli olan braziliyalı Reynaldo və ispaniyalı Miçelin son durumları barədə danışıb:

“Onlar fərdi məşq edirlər. Miçel hələ kollektiv məşqlərə başlamayıb. Reynaldo gündən-günə yaxşılaşır. Hər ikisi fevralın 3-də “Neftçi” ilə oyunu buraxacaq”.

Qurban Qurbanov Riçard Almeydanın geri dönməsinə isə belə münasibət göstərib:

“Həmişə istəyirik ki, heyətimiz yaxşı olsun. Oyunumuzun da yaxşılığa doğru getməsini istəyirik. O qədər də zəifləyib geri düşmədik. Avropa Liqasının qrup mərhələsində iştirak etdik, çempionatda medallar uğrunda yarışırıq və kubokda yarımfinala çıxdıq. Çalışırıq ki, nəticələri qoruyub saxlayaq. Belə bir oyunçunun komandaya qayıtması ab-havanı yaxşılaşdırıb. Onun üçün darıxanlar gözləyirdi ki, Riçard gəlsin, zarafatlar çoxalsın.

Beş il komandamızda oynayıb. İstədiyimiz oyunu qurmaqda bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir oyunçu ilə nə komanda bir o qədər zəifləyir və nə də güclənir. Riçard bir müddət olmadı, optimal formadan uzaqdır. Bir neçə oyun lazımdır ki, bacarığını ortaya qoysun”.

Sonda Qurban Qurbanov bildirib ki, Azərbaycanda fevralın 8-nə kimi transfer dönəmi açıq olduğundan yeni futbolçular heyətə cəlb oluna bilər. Bunlar ya hücumçu, ya da yarımmüdafiəçi olacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 374 31.01.19 19:28