Mojo.az Banner
18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

UEFA Azərbaycanda Mxitaryanla bağlı təxribatın qarşısını aldı

27.05.2019 11:55 5 321
UEFA Azərbaycanda Mxitaryanla bağlı təxribatın qarşısını aldı
UEFA “Arsenal” klubu futbolçularının Avropa Liqasının Bakı finalında erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək göstərməklə bağlı planlarına əngəl olub.

“Daily Mail”in məlumatına görə, “topçular” təhlükəsizlik məsələsini bəhanə edərək Bakıya uçmaqdan imtina edən erməni futbolçuya dəstəklə bağlı bir neçə variantı nəzərdən keçirib.

Əsas müzakirə olunan təklif isinmə hərəkətləri zamanı arxasında Mxitaryanın adının olduğu köynəyin geyinilməsi olub. Ancaq bundan xəbər tutan UEFA insayderləri istənilən belə hərəkətlərin təşkilatın nizamnaməsinə görə qadağan olunduğunu bildirib.

Stadiona daxil olan zaman həm meydanda, həm də meydançadan kənarda geyinilən istənilən idman forması, o cümlədən, futbolçuların isinmə hərəkətləri zamanı geyindiyi çiyinlik əvvəlcədən Avropanın ali idman qurumu ilə razılaşdırılmalıdır.

Bu arada, nəşrin yazdığına görə, digər yandan “Arsenal” rəsmiləri Bakıda Mxitaryanla bağlı ehtiyatlı bəyanatlar səsləndirmək niyyətindədir. Onlar Azərbaycanla Ermənistan arasında uzunsürən münaqişənin olduğunu bilir və mötəbər yarışmanın finalına hər hansı siyasi gərginlik qatmaq istəmirlər.скачать dle 11.3
Mojo.az Banner