Dörd güləşçimiz Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Dörd güləşçimiz Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb

Oktyabrın 10-dan 15-dək ABŞ-ın San Dieqo şəhərində idmanın 17 növü üzrə I Dünya Çimərlik Oyunları keçiriləcək.

Median.Az
xəbər verir ki, martın 29-30-da Portuqaliyanın Şaves, mayın 10-11-də isə Braziliyanın Rio de Janeyro şəhərində Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən Dünya Seriyası turnirləri keçirilib.

Ölkəmizi bu yarışlarda dörd güləşçi – Pənah İlyaslı (-70 kq), İbrahim Yusubov (-80 kq), Kənan Əliyev (-90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edib. Şavesdə Oyan qızıl, Pənahla İbrahim isə gümüş medal qazanıb. Rio de Janeyroda Nəzəriani və Yusubov gümüş, Əliyev isə bürünc medalın sahibi olub.

Beləliklə, iki yarışın yekununda Oyan 45, İbrahim 40, Pənah 30, Kənan isə 15 xal toplayıb. Bu nəticəylə reytinq sıralamasında Nəzəriani birinci, İbrahim ikinci, Pənah dördüncü, Kənan isə altıncı yerdədir.

Beləliklə, güləşçilərimizin dördü də I Dünya Çimərlik Oyunlarında iştirak hüququ qazanıb. Qeyd edək ki, bu oyunlarda çimərlik güləşi üzrə yarış oktyabrın 12-13-də keçiriləcək.

Onu da bildirək ki, daha əvvəl bu yarışda azərbaycanlı karateçi (kata) Roman Heydərovun yarışacağını xəbər vermişdik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 414 17.05.19 20:47