Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində növbəti görüşünü başa vurub.
Median.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster III turda Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1. 3 turdan sonra Anandın 1.5, Məmmədyarovun isə 1 xalı var.
Hazırda yalnız David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) görüşü davam edir.
III turun digər nəticələri:
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5