Azərbaycan ağırlıqqaldıranı yenə cəzalandırıldı - Dopinq işi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 İsrail 55 fələstinlini azad edib  |     18:55 Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq  |     18:33 Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıblar  |     18:25 Kreml: Putin Ukrayna ilə bağlı istənilən dialoqa açıqdır  |     18:01 Azərbaycan və İsrail XİN rəhbərləri telefonla danışdı  |     17:55 Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlandı  |     17:40 İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI  |     17:32 Tanınmış aparıcı "Space"dən getdi  |     17:28 Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarılıb  |     17:25 DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı  |     16:44 Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri növbəti dəfə görüşüblər  |     16:19 Bəzi rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib  |     15:43 Antalya hava limanında beynəlxalq reyslər kütləvi şəkildə təxirə salınır  |     15:23 SOCAR-dan Gürcüstan yığmasına görə jest - Yanacaq 2 lari oldu  |     15:20 Dövlət qurumu məktəb direktorunu cərimələdi: Məhkəmə olacaq - FOTO  |     15:18 Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu  |     15:17 Sumqayıtda hündürlükdən yıxılan uşaq ölüb  |     15:16 Taksi fəaliyyəti üçün neçə sürücü icazə alıb? - AYNA-dan son rəqəmlər  |     15:10 Xızıda 18 yaşlı qız itkin düşüb - FOTO  |     15:05 Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu: Dördünə həbs, birinə cərimə kəsildi (Yenilənib)  |    

Azərbaycan ağırlıqqaldıranı yenə cəzalandırıldı - Dopinq işi

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq üzvü İntiqam Zairov daha iki il müddətinə diskvalifikasiya olunub.

Median.Az
"report"a itinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib. 34 yaşlı veteran idmançıdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizi müsbət nəticə verib. Orqanizmində xlordehidrometil-testosteron maddəsi aşkarlanan təcrübəli ağırlıqqaldıranın 24 aylıq cəzası 23 dekabr 2023-cü ildən hesablanacaq.

Zairov bunadək daha iki dəfə dopinqdən istifadəyə görə cəzalandırılıb. O, 13 aprel 2013-cü ildə xlordehidrometil-testosterondan yararlandığı üçün 2 illik sanksiya ilə üzləşib. 21 dekabr 2015-ci ildə isə orqanizmində xlordehidrometil-testosteron və nandrolon dekanoat tapılması səbəbindən o, 8 il müddətinə diskvalifikasiya olunub.

Qeyd edək ki, İntiqam Zairov dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün 2008-ci il Pekin Yay Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunlarında müvafiq olaraq, tutduğu 9-cu və 6-cı yerlərdən məhrum edilib. O, 2013-cü il Avropa çempionatında qızıl medal qazansa da, orqanizmindən istifadəsi qadağan olunmuş maddənin tapılması səbəbindən 2 illik cəzalanıb. Cəza müddətini başa vurduqdan sonra Zairov 2015-ci il dünya çempionatına qatılıb. Amma bu dəfə təcrübəli ağırlıqqaldıran dopinq-testi müsbət nəticə verdiyi üçün 9-cu yerdən məhrum edilib. Onun "London-2012"dəki dopinq-testinin müsbət nəticə verməsi ilə əlaqədar cəza hələ açıqlanmayıb.

2017-ci il sentyabrın 30-da Azərbaycan Belarus, Ermənistan, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 295 12.02.19 17:46