UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” – "Kukesi” qarşılaşmasına hakim təyinatı açıqlanıb
Median.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko və Erik Vayss yardımçı olacaqlar. Ehtiyat hakim isə Patrik Hrçka təyin olunub.
Qeyd edək ki, "Qarabağ” – "Kukesi” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da başlayacaq.