Norveçin Stavanqer şəhərində keçirilən şahmat üzrə “Altibox Norway Chess” superturniri başa çatıb.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3,5 xalla turnirdə VII yeri tutub.
Son turda istirahət edən şahmatçımız əvvəlki səkkiz görüşdə yeddi heç-heçə edib və Ermənistan təmsilçisi Levon Aronyana uduzub.
Qeyd edək ki, I yerə İddiaçılar Turnirinin qalibi ABŞ təmsilçisi Fabiano Karuana (5 xal) çıxıb. Maqnus Karlsen, Hikaru Nakamura və Vişvanatan Anand hərəyə 4,5 xalla II-IV yerləri bölüşdürüb.