“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:39 Rusiyada qaz emalı zavoduna PUA hücumu olub  |     13:20 Markus Raşford "Mançester Yunayted"i digər İngiltərə klubuna dəyişdi  |     13:19 Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı  |     13:16 Serxio Ramosun yeni komandası bəlli oldu - Meksika klubuna keçir  |     13:10 Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb  |     13:09 333 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən həkimlə bağlı QƏRAR  |     13:08 Reper Kendrik Lamarın mahnısı "Qremmi" mükafatına layiq görüldü  |     13:05 Bu gecə keçiriləcək görüşlərin AFİŞASI  |     12:57 Məktəb direktoru həbs olundu  |     12:49 Juninyo "Flamenqo" klubu ilə ilk titulunu qazandı  |     12:48 Sərxoş kişi kanalda boğuldu  |     12:46 Bakıda 89 yaşlı kişi və arvadı faciəli şəkildə öldülər  |     12:44 Məktəblilər niyə öz sirlərini çatbotlara etibar edirlər?  |     12:43 Zelenski ABŞ-nin ayırdığı 100 milyard dolların itirildiyini etiraf etdi  |     12:41 Süni intellekt bəzi iş sahələrinə təsir edib - VİDEO  |     12:39 Hamamda spirtli içki içməyin qorxunc fəsadları  |     12:39 Misirdə şir zoopark işçisini parçaladı  |     12:38 Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə öldü  |     12:28 Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşlar DAYANDIRILIR  |     12:23 Azərbaycanda terrorçu qrupun üzvləri zərərsizləşdirildilər - VİDEO  |    

“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO

Rusiyanın “Birinci” kanalında efirə gedən “Ya moqu!” yarışmasında çıxış edən “Azeri Brazers” (“Azəri Qardaşları”) yenə münsiflər heyətini və tamaşaçıları təəccübləndirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qardaşlardan Hüseyn Pəhləvanoğlu boğazının üstünə qoyulmuş beldə çəkisi 60 kq-dan çox olan adamı 10 saniyədən çox saxlayıb.

Daha sonra o, iki mismarın üzərinə uzanıb və qarın boşluğuna qoyulan yabanın üzərinə çıxan 100 kiloluq adamı 30 saniyə saxlayıb.

Digər qardaş Laçın Pəhləvanoğlu isə kəsici iti baltanın üzərinə üzüaşağı – boğazı üstə uzanıb. Öz çəkisi 85 kq olan Laçının eyni vaxtda boyun hissəsinə iki ağır daş qoyulub. Ümumi çəkisi 114 kq olan yükü boynunda beş saniyə saxladıqdan sonra iki zərbə ilə qırıblar.

Ümumilikdə onlar 10 nömrə nümayiş etdiriblər. Lakin bu nömrələr təhlükəli olduğundan hamısının efirə gedəcəyi gözlənilmir. Lakin göstərilən nömrələr üzrə azərbaycanlı pəhləvanlar dünya rekordu qırıblar.

Bunun nəticəsində onlara Rusiya Rekordlar Federasiyası tərəfindən sertifikat və təxminən 10 min manat məbləğində pul mükafatı təqdim olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 498 14.02.18 13:46