Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:50 "Vyetnam səfərimin nəticələrindən çox məmnunam" (VİDEO) | 17:42 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu | 17:35 Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi | 17:27 60 yaşdan sonra gəzməkdən daha faydalı ola biləcək 4 məşq | 17:20 28 yaşlı hüquqşünas vəfat etdi | 17:12 Dekabrda 9 gün iş olmayacaq | 17:06 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" | 16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı çıxış edəcək

30.08.2024 12:42 3 498
Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı çıxış edəcək
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 idmançısı çıxış edəcək.

"Report" xəbər verir ki, parataekvondoçu İmaməddin Xəlilov (K-44, 70 kq) 1/4 finalda yarışacaq.

O, Kot-d'İvuar və Kuba idmançılarının görüşünün qalibi ilə üz-üzə gələcək. 1/4 final döyüşü Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.

Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Kamran Zeynalov (P1 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçmada iştirak edəcək. Bu mərhələyə Bakı vaxtı ilə 13:15-də start veriləcək. Paraatıcılıq üzrə final görüşləri 16:00-da başlayacaq.

Paraatlet Oloxan Musayev F55 kateqoriyası üzrə nüvəitələmədə mübarizə aparacaq. Bu yarışa Bakı vaxtı ilə saat 21:05-də start veriləcək.

Qeyd edək ki, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K-44, 58 kq) ötən gün bürünc medal qazanıb. Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Son xəbərlər