Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paris-2024: Onlar Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır

27.07.2024 19:20 1 260
Paris-2024: Onlar Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır
Parisdə açılış mərasimi keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ölkəmiz 15 idman növündə 48 idmançı ilə təmsil olunur.

Median.Az
İdman.biz-ə istinadən xəbər verir ki, onlardan 24-ü Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır.

Olimpiadada İdman Akademiyasının 10 tələbəsi (Nicat Hüseynov (boks), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası), Ləman Əlimuradova, Yelizaveta Luzan, Güllü, Darya Sorokina (hamısı bədii gimnastika, qrup hərəkətləri komandası), Ramil Vəlizadə (üzgüçülük), Balabəy Ağayev (cüdo), Yaşar Nəcəfov (cüdo) və 14 məzunu (Ruslan Lunyov (10 m, pnevmatik tapança), Malik Həsənov, Murad Allahverdiyev, Məhəmməd Abdullayev (hər üçü), Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov (hər üçü sərbəst güləş), Murad Məmmədov, Həsrət Cəfərov, Sənan Süleymanov, Rafiq Hüseynov (hamısı yunan-Roma güləşi), Hidayət Heydərov, Leyla Əliyeva və Gültac Məmmədəliyeva (hər üçü cüdo) iştirak edir.

Olimpiya təmsilçilərimizə uğurlar arzulayan Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələrimizin Olimpiya oyunlarındaki iştirakı ilə bağlı bildirib ki, Azərbaycan İdman Akademiyası olaraq onların həm idman, həm də təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən qürur duyur. Məqsəd gənclərimizin yüksək səviyyəli idmançılar və savadlı vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir.

O, bu yolda hər bir tələbə və məzuna uğurlar və qələbə sevinci yaşamağı arzu edib.

Son xəbərlər