Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edəcək.
"Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Komandamız mayın 31-də bu rəqibə minimal hesabla uduzub - 0:1.
Milli üç turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə altı xalla ikincidir.
Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.