Mojo.az Banner
23:01 Cəlilabadda "Azərpoçt"un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb  |     22:54 İranda dolların məzənnəsi tarixi rekord müəyyənləşdirdi  |     22:48 Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq  |     22:41 Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif etdi  |     22:36 UEFA Çempionlar Liqası: "Liverpul" - "Qarabağ" - CANLI  |     22:27 Göbələk qocalmanı ləngidə bilər  |     22:22 Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər  |     22:14 Azərbaycan səhiyyə xərclərini 30%-dən çox azaldıb  |     22:10 KİV: Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqləyiblər  |     22:01 Məşhur hind aktyoru saxlanıldı  |     21:56 Bu cərimələr 2 dəfə artırıldı  |     21:49 Maduronu oğurlamaq neçə dəqiqəyə başa gəlib?  |     21:44 Kürdəmirdə ev yanaraq külə döndü  |     21:38 Azad Məcidov DSMF-ni məhkəməyə verdi - Hakim pensiyası təyin olunmasını tələb edir  |     21:32 Restoranın çirkab suları arxa axıdılıb - Sahibkara 800 manat cərimə  |     21:23 Alena Əliyeva Auitizm Mərkəzində - FOTOLAR  |     21:18 Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş  |     21:12 Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ  |     21:05 Azərbaycanda keçən ilin oktyabrından indiyədək 27 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub  |     21:00 Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalı vergidən azad edilə bilər  |    
Left Banner
Right Banner

Baş məşqçi Ranyeri karyerasını bitirib

22.05.2024 19:22 1 275
Baş məşqçi Ranyeri karyerasını bitirib
İtaliyalı futbol məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.

Bu barədə “Sky Sports”un jurnalisti Canluka Di Martsio bildirib.

72 yaşlı Renyerinin karyerasında sonuncu klubu onun 2023-cü ildən rəhbərlik etdiyi İtaliyanın “Kalyari”si olub. 2023/24 mövsümündə Ranyerinin rəhbərliyi altında “Kalyari” İtaliya A Seriyasında 15-ci yeri tutub.

Məşqçilik karyerası ərzində Ranyeri “Lester”ə rəhbərlik edərkən (2015/2016 mövsümü) İngiltərə çempionu olub. 1995/1996 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Superkubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Superkubokunu (2004) qazanıb.скачать dle 11.3