Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

“Bayer 04”ün qapıçısı: “Qarabağ” Leverkuzendə əsl gücünü göstərə bilməmişdi”

08.11.2023 19:23 2 952
“Bayer 04”ün qapıçısı: “Qarabağ” Leverkuzendə əsl gücünü göstərə bilməmişdi”
“Qarabağ” Leverkuzendə əsl gücünü göstərə bilməmişdi”.

Bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Matey Kovarj “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu ərəfəsində mətbuat konfransında deyib.

23 yaşlı qapıçı ötən tur Azərbaycan çempionunu 5:1 hesabı ilə məğlub etmələrinə baxmayaraq, cavab görüşünə ehtiyatla yanaşdıqlarını gizlətməyib: “Qarabağ”a qarşı Leverkuzendə oynamışdıq. Buradakı 5:1 hesablı qələbəyə baxmayaraq, Bakıda bizi çətin mübarizə gözləyir. Buna baxmayaraq, qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda gücümüzü göstərəcəyik”.

Çexiyalı qolkiper Avropa Liqasında səfər matçlarının hər zaman ağır keçdiyini vurğulayıb: “Avropa Liqasında qonaq qismində çıxış etmək çox çətin olur. Komandalar öz meydanlarında bütün güclərini ortaya qoyurlar. Ancaq mən Bakıdakı qarşılaşmada komandamın uğurlu nəticə əldə etməsinə çalışacağam”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Son xəbərlər