Fransda Azərbaycan cüdoçusuna qarşı haqsızlıq edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Generala məxsus olduğu iddia edilən hospital MƏHKƏMƏYƏ VERİLDİ  |     22:32 İsrail Livanla Suriyanın yolunu bağladı  |     22:26 Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB  |     22:18 Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib  |     22:10 Praqada sinif yoldaşlarını güllələməklə hədələyən məktəbli saxlanılıb  |     22:00 İmişlidə qanvermə aksiyası keçirilib  |     21:43 Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?  |     21:35 Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb  |     21:27 Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs  |     21:20 Bakıda fərdi yaşayış evində yanğın baş verib  |     21:11 Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı  |     21:01 İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?  |     20:56 Alimlər tullantı sularında plastiki məhv edən bakteriyalar tapdı - İnqilabi kəşf  |     20:47 Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı  |     20:42 Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı  |     20:36 Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi  |     20:31 Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)  |     20:23 Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir  |     20:17 Şagirdlər arasında təhsildən yayınma halları niyə artıb?  |     20:10 Alimlər istənilən yadplanetli sivilizasiyaya son qoya biləcək amili açıqladı  |    

Fransda Azərbaycan cüdoçusuna qarşı haqsızlıq edildi

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında hakim haqsızlığı ilə üzləşib.

Median.Az
xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub:

“Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar aldı. Lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba” çevrildi. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə baxmayaraq, səbəbsiz olaraq passivliyə görə üçüncü xəbərdarlığı aldı. O, hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin qərar qüvvədə qaldı və Balabəy tatamini məyus tərk etdi”.

Qeyd edək ki, Balabəy Ağayev son üç ildə iki dəfə Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqənin qalibi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            666 03.11.23 19:57