Rusiya klubu "Keşlə" ilə oyunadək yeni transferlər edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |    

Rusiya klubu "Keşlə" ilə oyunadək yeni transferlər edəcək

Rusiyanın "Soçi" klubu qarşıdakı mövsümün startınadək bir neçə mövqeyi gücləndirmək istəyir.

Bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov keçirdiyi mətbuat konfransında açıqlama verib.

"Transferlər gözləyirik. Gücləndirilməli mövqelərimiz var. Sifariş ərizəmizdə boş yerlər mövcuddur" deyən Fedotov özlərinə əminlikdən ötrü yeni oyunçuların alınmasının vacibliyini dilə gətirib. Onun fikrincə, futbolçu çatışmazlığı oyuna da təsirini göstərə bilər. Bu baxımdan, baş məşqçi rotasiyalara gərək duyduqlarını vurğulayıb.

"Soçi"nin yeni mövsümdə ilk rəsmi matçı 22 iyula təsadüf edəcək. Fedotovun rəhbərlik etdiyi kollektiv həmin gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyununda "Keşlə"ni qəbul edəcək. Bunadək isə Rusiya təmsilçisi 10 - 18 iyulda Moskva və Moskvaətrafında Parimatç Premyer Kubokuna qatılacaq. Həmin turnirdə "Spartak", "Rubin" və "Ximki" də iştirak edəcək.

Fedotov bildirib ki, əsas məqsəd turnir zamanı yeni oyunçuları nəzərdən keçirməkdir: "Biz 7 oyunçu itirmişik. Onlardan bəziləri, məsələn, Anton Zabolotnı vacib idi. Bir neçə oyunçumuz heç bir oyun keçirməyib. İstəyimiz keyfiyyətli hazırlaşmaq, qarşıya qoyulan vəzifələri həll etməkdir".

Xatırladaq ki, iyulun 22-də "Fişt" stadionunda keçiriləcək "Soçi" - "Keşlə" matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. İyulun 26-da Rusiya Premyer Liqasında ilk turun "Nijni Novqorod"la görüşünə çıxacaq "Soçi" iyulun 29-da Bakıda "Keşlə" ilə cavab oyununu keçirəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 10.07.21 17:18