Avropa birinciliyi: Boksçumuz bürünc medalı təmin etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |    

Avropa birinciliyi: Boksçumuz bürünc medalı təmin etdi

Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 1/4 final görüşünə çıxıb.

Federasiyadan "Report"a verilən məlumata görə, 54 kq-da mübarizə aparan idmançı Fyodor Kamaninlə (Estoniya) qarşılaşıb.

1/8 finalda ukraynalı Arseni Oniyenkonu məğlub edən Qasımzadə (54 kq) Kamanin üzərində 5:0 (30:25, 30:25, 30:24, 30:25, 30:25) hesabı ilə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı təmin edib.

Boksçunun finala gedən yolda rəqibi rumıniyalı Daniel Girleanu olacaq. Döyüş iyulun 9-da baş tutacaq.

Azərbaycanın digər boksçularından Kənan Babayev (48 kq) Malik Saqaypova (Rusiya), Fərhad Şeydayev (63 kq) Adham Kayoufa (İsrail), Ziya Həsənov (66 kq) Mehman Namazova (Gürcüstan) və Eldar Əsədli (+80 kq) Aleksandr Zelinskiyə (Ukrayna) məğlub olub.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            990 09.07.21 19:05