Azərbaycan gimnastları karyeralarının ən mühüm yarışına hazırlaşırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |    

Azərbaycan gimnastları karyeralarının ən mühüm yarışına hazırlaşırlar

Planetin ən böyük idman yarışının başlamasına artıq 15 gün qaldı.

Azərbaycan Gimnastiak Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar səbirsizliklə karyeralarının ən vacib yarışının başlayacağı 23 iyul tarixini gözləyirlər.

Gimnastlarımız da bu mühüm yarışda iştirak etmək üçün son hazırlıq mərhələsində səylə çalışırlar və çıxış proqramlarını daha da təkmilləşdirirlər.

Azərbaycan Tokio-2020 çərçivəsində 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunacaq. Bədii gimnastika üzrə yarışlarda təmsilçimiz Zöhrə Ağamirova (fərdi proqram) və Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət qrup hərəkətləri komandasıdır. Qeyd edək ki, ölkəmiz Olimpiadada qrup hərəkətləri komandası üzrə yarışlarda 13 ildən sonra yenidən qatılacaq.

İki gimnastımız isə idman gimnastikası üzrə yarışlarda iştirak edəcək: qadın idman gimnastikası üzrə yarışmada Marina Nekrasova, kişi idman gimnastikasında isə İvan Tixonov medallar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır.

Gimnastika yarışları Tokionun Ariake Arenasında baş tutacaq.

Olimpiya Oyunlarında gimnastlarımızın iştirakı ilə bağlı yenilənən məlumat federasiyanın sosial şəbəkə hesablarında və rəsmi saytında əks olunacaqdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            708 08.07.21 23:09