PSJ-nin yay transfer pəncərəsində yeni oyunçular almaq üçün ayırdığı vəsaitin məbləği məlum olub.
Median.Az qol.az-a istinadən xəbər verir ki,bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Paytaxt təmsilçisnini transfer işlərinə 200 milyon avro vəsait ayırdığı qeyd olunub.
Klubun prezidenti Nasser El-Helaifi isə eyni nəşrə açıqlamasında 4 məçhur oyunçu ilə müqavilə imzaladıqlarını bildirib. Bunlardan Jorjinyo Vaynaldumla 3 illik sözləşmə bağlandığı açıqlanıb. Liqa 1 təmsilçisi "Milan"la müqaviləsi başa çatan Canluici Donnarumma, "Real"la sözləşməsi bitən Serxio Robertoya, həmçinin "İnter"in futbolçusu Əşrəf Hakimiyə də təklif göndərib.
Bildirilir ki, PSJ artıq Donnarumma ilə 5 illik müqavilə üçün razılaşıb. Fransa nəhəngi Ramosla da bütün detallar üzrə anlaşıb. Hakiminin keçidi üçün isə qarşı tərəfə 70 milyon avro təklif edilib.