Almaniyanın Münxen şəhərində AVRO-2020-nin 1/4 final mərhələsinin ikinci görüşü olan Belçika – İtaliya matçı start götürdü.
Median.Az xəbər verir ki, topa ilk toxunan tərəf Belçika millisi oldu.
Komandalar meydana aşağıdakı taktiki düzülüş və start heyətlə çıxıb:
Belçika (3-4-2-1): Kurtua, Vertonqen (kapitan), Vermalen, Alderveyreld, T. Azar, Tilemans, Vitsel, Mönye, Doku, De Bröyne, Lukaku
İtaliya (4-3-3): Donnarumma, Spinatsola, Kyellini (kapitan), Bonuççi, Di Lorentso, Verratti, Jorjinyo, Barella, İnsinye, İmmobile, Kyeza
Qeyd edək ki, bu cütün qalibi yarımfinalda İspaniya ilə qarşılaşacaq.