Millimizin futbolçusu Anton Krivotsyuk Polşanın “Visva” (Pvotsk) klubu ilə yoxlama oyunlarında iştirak edəcək.
Bunun üçün 28 futbolçu 10 günlük təlim-məşq toplanışı üçün Polşanın Varka şəhərinə aparılıb. Onlar arasında müdafiəçi Anton da var.
“Visva” iyulun 3-də Kipr çempionu “Omonia” ilə qarşılaşacaq. Daha sonra Krivotsyukun yeni komandası iyulun 7-də Polşanın “Vidzev” (Vuç) və iyulun 10-da “Skra” klubları ilə gücünü sınayacaq.
17 iyulda Yunanıstanın “Aris” komandası son yoxlama matçının rəqibi olacaq. Bundan sonra “neftçilər” iyulun 24-də Polşa çempionatının ilk turunda Mahir Emrelinin “Leqiya” ilə qarşılaşacaq.
//oxu.az