Braziliyanın “Atletiko Mineyro” klubunun hücumçusu Halk idarə etdiyi avtomobillə yol qəzasına düşüb.
Bu barədə “Globo Esporte” nəşri məlumat yayıb.
Mənbə yazır ki, qəza Braziliyanın Belu-Orizonti regionunda baş verib.
34 yaşlı idmançının avtomobili motosikletlə toqquşub.
Yol qəzası nəticəsində heç kimin xəsarət almadığı qeyd olunur.