Matç başlandı.
19:28
Bu gün Böyük Britaniyada AVRO-2020-nin daha bir görüşü baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu dəfə Şotlandiyanın mərkəzi şəhəri Qlazqoda İsveç və Ukrayna milliləri qarşılaşacaq. Bu matçla turnirin 1/8 final mərhələsinə yekun vurulacaq.
Komandalar indiyədək dörd dəfə qarşılaşıb. Bunlardan ikisində Ukrayna, birində İsveç qalib gəlib. Top fərqi 4:3 Ukraynanın xeyrinədir.
İsveç (4-4-2): Ulsen, Auqustinson, Danielson, Lindelöf, Lustiq, Foşberi, Ekdal, Ulson, S. Laşon (kapitan), İsak, Kuluşevski
Ukrayna (4-3-3): Buşan, Matviyenko, Krivtsov, Zabarnı, Karavayev, Zinçenko, Stepanenko, Sidorçuk, Şaparenko, Yaremçuk, Yarmolenko (kapitan)
Qeyd edək ki, bu matçın qalibi iyulun 3-də İtaliyanın paytaxtı Romada İngiltərəyə rəqib olacaq.