Dortmund “Borussiya”sının və Norveç millisinin hücumçusu Erlinq Holand dostları ilə nahar üçün 500 min avroda çox pul xərcləməsi ilə bağlı iddialara cavab verib.
Bu barədə futbolçu sosial şəbəkə hesabında yazıb.
“Məncə onlar hələ ilk yemək barədə yazmağı unudublar. Feyk-nyus”, - deyə Holand bildirib.
Xatırladaq ki, Yunanıstanın Mikonos adasında istirahət edən futbolçunun dostları nahar edərkən 4 şüşə “Şampan” şərabı üçün 280 min avro xərclədiyi, həmçinin 30 min avro bəxşiş verdiyi, eyni məbləği avtomobil icarəsi üçün istifadə etdiyi iddia olunmuşdu.