AMADA-nın iki inspektoru Olimpiada və Paralimpiadada iş başında olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |    

AMADA-nın iki inspektoru Olimpiada və Paralimpiadada iş başında olacaq

“Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) iki Dopinq Nəzarəti inspektoru Tokioda dopinq nəzarətininin həyata keçirilməsinə cəlb olunub. Onlar iyulun 19-da Tokioya yola düşəcək və həm Olimpiya Oyunlarında, həm də Paralimpiya Oyunlarında dopinq nəzarətininin həyata keçirilməsi prosesındə iştirak edəcəklər”.

Bunu Oxu.Az-a AMADA-nın rəhbəri Şəfəq Hüseynli bildirib.

O, başçılıq etdiyi qurumun iki əməkdaşının iyulun 23-də start götürəcək Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcəyini bildirib. Lakin o, məxfi olduğundan, onların adlarını açıqlamayıb:

“Bunun üçün onlar “Tokio-2020”-nin təşkilat komitəsinin iki mərhələli (test və müsahibə) imtahanından keçiblər. Bundan əlavə, Dopinq Nəzarəti İnspektorları onlayn dopinq nəzarəti və kağızsız dopinq nəzarəti kurslarını tamamlayaraq sertifikat alıb. Qeyd edim ki, AMADA-nın Dopinq Nəzarəti İnspektorları bir çox yerli və beynəlxalq yarışlarda dopinq nəzarətinin həyata keçirilməsində iştirak ediblər və kifayət qədər təcrübəyə malikdir.

Hələ ki hər iki inspektorun adını açıqlaya bilmərəm. Çünki onların müqavilələrində bu barədə bənd var. Yalnız onu deyə bilərəm ki, həmin inspektorlardan biri xanım, bir də bəydir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 26.06.21 19:09