Bu ilin oktyabrında keçirilməsi planlaşdırılan taekvondo üzrə dünya çempionatı təxirə salınıb.
"Report"un məlumatına görə, bu barədə Rusiya millisinin baş məşqçisi Vadim İvanov TASS-a açıqlamasında deyib.
O bildirib ki, qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) Şurasında qəbul edilib. Buna Çinin epidemioloji vəziyyətlə əlaqədar yarışı keçirməkdən imtinası səbəb olub.
2022-ci ildə təşkil olunacaq dünya çempionatının dəqiq tarixi oktyabrda açıqlanacaq.