Bu gün E qrupunda keçirilən oyunlardan sonra AVRO-2020-nin 1/8 final mərhələsinin daha iki cütü müəyyənləşib.
Bu, Xorvatiya – İspaniya və Niderland – Çexiya cütləridir.
Niderland – Çexiya oyunu iyunun 27-də Budapeştdə, Xorvatiya – İspaniya matçı isə iyunun 28-də Kopenhagendə keçiriləcək.
Qeyd edək ki, Niderland – Çexiya və Uels – Danimarka cütlərinin qalibləri iyulun 3-də Bakı Olimpiya Stadionunda 1/4 final görüşünə çıxacaq