Basketbol üzrə Avroliqada ötən mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb.
Bu ada "Anadolu Efes"in sükanı arxasında olan Ergin Ataman layiq görülüb.
Türkiyəli mütəxəsis mükafatını yeni mövsüm Avroliqadakı ilk ev oyunları zamanı alacaq.
Qeyd edək ki, "Anadolu Efes" Atamanın başçılığı altında finalda İspaniya "Barselona"sını məğlub edərək, turnirin qalibi olub.