Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununu bitib.
Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb.
Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 42-ci dəqiqədə Aaron Remsi qapıçı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.
BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur.
Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.
21:04
Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ikinci hissə başlayıb.
20:50
Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk hissə başa çatıb.
20:44
Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub.
42-ci dəqiqədə Uels yığmasının futbolçusu Remsi hesabı açıb - 1:0.
20:05
Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb.
18:47
AVRO-2020-nin A qrupunun II turunda üz-üzə gələcək Türkiyə və Uels yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar...
Türkiyə: Uğurcan Çakır (GK), Zeki Çelik, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Cengiz Ünder, Kenan Karaman, Hakan Çalhanoğlu, Umut Meraş, Burak Yılmaz (C) , Kaan Ayhan
Uels: Ward (GK) . Davies, Rodon , Allen , Ramsey, Bale (C), Moore, Roberts, Morrell, James, Mepham
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.