AVRO-2020: İtaliya – Türkiyə matçının start heyətləri açıqlandı - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |    

AVRO-2020: İtaliya – Türkiyə matçının start heyətləri açıqlandı - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri açıqlanıb.

Median.Az
xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar;

Türkiyə: 23. Uğurcan Çakır (q), 2. Zəki Çəlik, 3. Merih Dəmiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kənan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k)

İtaliya: 21. Canluici Donnarumma (q), 3. Kyellini (k), 4. Spinazzola, 5. Lokatelli, 8. Jorjinyo, 10. İnsinye, 11. Berardi, 17. İmmobile, 18. Barella, 19. Bonuççi, 24. Florenzi

Qeyd edək ki, Romadakı “Olimpiko” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

***

Bu gün futbol üzrə Avropa çempionatına (AVRO-2020) start veriləcək.

Median.Az
xəbər verir ki, turnirə İtaliyanın paytaxtı Romada start veriləcək. İtaliya öz meydanında Azərbaycanda kifayət qədər azarkeş ordusu olan Türkiyə ilə qarşılaşacaq.

Avropa çempionatının favoritlərindən sayılan İtaliya millisində yeganə itki “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrininin əzələ zədəsi üzündən oynaya bilməməsidir. Türkiyə millisində isə hər hansı itki yoxdur.

AVRO-2020-nin final mərhələsi

I tur

A qrupu

23:00 Türkiyə – İtaliya

Baş hakim: Dani Makeli (Niderland)

Roma. Olimpiya stadionu

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 11.06.21 22:40