Futbol üzrə Myanma millisi tarixinin ən pis nəticəsinə imza atıb.
Bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Yaponiya millisi öz meydanında Myanmanı 10:0 hesabı ilə darmadağın edib.
Tokioda keçirilən görüşün ilk hissəsində yaponlar dörd, fasilədən sonra altı qol vurub. Almaniyanın “Verder” klubunun hücumçusu Yuya Osako bu matçda beş qol vurub, iki məhsuldar ötürməyə imza atıb. “Liverpul”a məxsus olan hücumçu Takumi Minamino isə dubl edib.
Bu məğlubiyyət Myanma millisinin tarixinə düşüb. Belə ki, indiyədək Myanma millisi belə böyük hesabla uduzmayıb.
Xatırladaq ki, Yaponiya millisi martın 30-da Monqolustan millisini də 14:0 məğlub etmişdi.