Robert Koçaryandan etiraf: “Biz danışıqların tam hüquqlu tərəfi deyilik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?  |     12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |    

Robert Koçaryandan etiraf: “Biz danışıqların tam hüquqlu tərəfi deyilik”

Ölkələr arasındakı sərhəd xətti demarkasiya edildikdən sonra tanınır, bu da Ermənistanla Azərbaycan arasında həyata keçirilməyib.

Ermənistan mətbuatı yazır ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib.

“Bu sərhəd xəttinin bir çox yerlərdə dəqiqləşdirilməsinə ehtiyac var. Bu uzun və olduqca problemli prosesdir. Hər metr torpaq üçün danışıqlar aparılır. Əsasən sərhədin bir hissəsi çox tez demarkasiya edilir, lakin ətrafında uzun danışıqların aparıldığı mübahisəli ərazilər də olur”, - deyə R. Koçaryan qeyd edib.

O, həmçinin əlavə edib ki, Ermənistan indi zəifləmiş vəziyyətdədir:

“Bu gün biz danışıqların tam hüquqlu tərəfi deyilik, bu gün bütün ümidimiz yalnız Rusiyadır. Kimin nə deməsindən asılı olmayaraq, ötürmə Rusiya Federasiyası tərəfə edilir. Bunun başqa bir təhlükəli məqamı da var - əgər məsələ həll olunmursa, şüurda belə bir fikir formalaşır ki, demək Rusiya bunu istəmir. Günahın səndə olmasına baxmayaraq, konspiroloji nəzəriyyə işə düşməyə başlayır. Məsuliyyət başqalarının üzərinə atılır. Hazırkı hakimiyyət bu məsələlərdə çox bacarıqlıdır”, - Ermənistanın keçmiş prezidenti fikrini tamamlayıb.

Beləliklə, İrəvanda açıq şəkildə etiraf edirlər ki, Ermənistan danışıqlarda tam hüquqlu tərəfi deyil, Rusiya Federasiyasının vassalı rolunu oynayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 257 28.05.21 17:26