Tərlan Əhmədov futboldan gedir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?  |     12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |    

Tərlan Əhmədov futboldan gedir

“Neftçi” və “Keşlə” futbol komandalarının sabiq baş məşqçisi Tərlan Əhmədov futboldan getməyə hazırlaşır.

Bu barədə “Report”a 50 yaşlı mütəxəssisin özü məlumat verib. O, özünü başqa sahədə sınamaq istədiyini bildirib: “Yalnız istirahətdəyəm, iş tapmağa çalışıram. Görürəm ki, futbola lazım deyiləm. Nəticə verdim, alınmadı, qane olmadılar. 2 dəfə axırıncı yerdə gedən komandanı (“Neftçi” və “Keşlə”ni - red.) 3-cü pilləyə çıxardım, dəyər verilmədi. Ona görə başqa sahədə çalışmaq istəyirəm. Nə vaxtadək oturub iş gözləyəcəyəm”?

Əhmədov hansı sahədə çalışacağını hələ müəyyənləşdirmədiyini söyləyib: “Artıq 10 aydır boş-bekar oturmuşam. Adıma o qədər söz-söhbət çıxardılar ki, hər şeydən bezdim. Mətbuatda hərə bir şey yazır ki, Tərlan filan işə görə qovuldu. Amma konkret səbəbini yazan yoxdur. Hər dəfə bir söz eşidib əsəbiləşirəm. İnsanı bir hadisəyə görə çıxararlar. Amma mənimlə bağlı min dənə söz deyirlər. Azərbaycanda hansısa hadisənin baş verməsinə ehtiyac yoxdur. Oyun, nəticə qalır kənarda, olmayan şeyi elə ictimailəşdirirlər ki, kənardan başqa cür görünür. Sonra da üzə durmaqla məşğul olan insanları elə öyrədirlər ki, adam özündən şübhələnir. Kimin sübutu varsa, gəlib desin. Ona görə düşünürəm ki, futboldan kənarlaşsam, daha yaxşı olar”.

Mütəxəssis başqa peşəsinin olmadığını vurğulayıb: “Artıq 50 yaşım tamam olur. Bundan sonra gedib hansısa dövlət orqanında işləyə bilmərəm. Allah bir yol açar. Özüm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, ali təhsil diplomum var. Amma başqa peşəm yoxdur”.

Qeyd edək ki, Tərlan Əhmədov “Neftçi” və “Keşlə” ilə yanaşı, AZAL-da baş məşqçi, “Xəzər Lənkəran”da isə köməkçi-məşqçi kimi çalışıb. O, ötən ilin avqustunda “Keşlə”dən istefaya göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 27.05.21 21:03