Milanın “İnter” klubu komandanı A Seriyasının çempionu edən baş məşqçi Antonio Konte ilə qarşılıqlı razılıq əsasənda yollarını ayırdığını açıqlayıb.
Bununla bağlı klub rəsmi açıqlama yayıb.
Bundan əlavə, “SKY İtalia” xəbər verir ki, razılaşmaya əsasən, Konte 7 milyon avro təzminat alacaq.
Onun yerinə əsasə namizəd kimi “Yuventus”un keçmiş çalışdırıcısı Maksimiliano Alleqri və hazırda “Latsio”nun sükanı arxasında olan Simone İndzaqinin adı hallanır.
20:10
“İnter”in baş məşqçisi Antonio Konte yaxın vaxtlarda öz postundan ayrılacaq.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Nəşr qeyd edir ki, mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılıqları yaranıb. Belə ki, klub rəhbərliyi maliyyə böhranı ilə əlaqədar maaşları azaltmaq istədiyini bildirib. Konte isə bunun klubun ambisiyalarına zidd olduğunu və əksinə növbəti mövsüm uğur qazanmaq üçün heyətin gücləndirilməli olduğunu vurğulayıb.