21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirib.
Milan Obradoviçin baş məşqçi olduğu kollektiv yerli komanda ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.
Turnirdə növbəti oyun mayın 27-də Özbəkistana qarşı olacaq.