Ukraynalı baş məşqçi millimizi təriflədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |    

Ukraynalı baş məşqçi millimizi təriflədi

"Bu rəqiblərlə əvvəllər də qarşılaşmışıq. Hər iki komandanın heyətində topla oynamağı sevən, ikili mübarizələrdə yaxşı təsir bağışlayan futbolçular var".

"Report"un məlumatına görə, bu fikirləri Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ruslan Rotan Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Özbəkistan milli komandaları ilə keçirəcəkləri matçlar barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis daha çox öz oyunlarına kökləndiklərini bildirib: "Hazırda bizi rəqiblər deyil, öz çıxışımız maraqlandırır. Sonadək bu prinsipə sadiq qalacağıq. Azarkeşləri stadiona dəvət edirik. Bu, bizim üçün əsl dəstək, əlavə stimul olardı. Onları sevindirməyə çalışacağıq".

Rotan heyətdəki itkilərə də toxunub: "Bizim üçün tanış vəziyyətdir. İtkilərimiz çox olsa da, qorxulu heç nə yoxdur. Bu, digər uşaqlar üçün özlərini sübut etmə şansıdır. Onlara demişəm ki, öz keyfiyyətlərindən maksimum yararlansınlar. Gənclər yığmasının qapısı hər kəsin üzünə açıqdır".

Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununu bu gün meydan sahiblərinə qarşı keçirəcək. Növbəti görüş isə mayın 27-də Özbəkistan seçməsinə qarşı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 26.05.21 18:36