Məmmədyarov Aronyanı uddu, Rəcəbov lider oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

Məmmədyarov Aronyanı uddu, Rəcəbov lider oldu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "The FTX Crypto Cup"un VI turunda bir-birinə rəqib olublar. Görüş heç-heçə ilə yekunlaşıb.

VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levin Aronyanı, Rəcəbov isə ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini yenməyi bacarıb.

VIII turda Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Məmmədyarov isə Nepomnyaşi ilə heç-heçə edib.

IX turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla "sülh"ə razılaşıb.

X turda isə Rəcəbov ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqravı yenib.

Beləliklə, 10 turdan sonra xalını 6,5-ə çatdıran Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür. Məmmədyarov isə 5 xalla 16 şahmatçı arasında 10-cu pillədə gedir.

Çempionlar Turu, VI mərhələ

"The FTX Crypto Cup"

24 may

VI tur

Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov - 0,5:0,5

VII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 1:0

Yan Nepomnyaşi (Rusiya) - (Teymur Rəcəbov) - 0:1

VIII tur

Teymur Rəcəbov - Uesli So (ABŞ) - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5

IX tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov - 0,5:0,5

X tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina) - 1:0

Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) - 1:0

İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            663 24.05.21 23:40