Gürcüstanın paytaxtı Tbilisi şəhərində Para Pauerliftinq üzrə Dünya Kuboku uğrunda yarışlar başa çatıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanı beynəlxalq idman tədbirində təmsil edən 5 idmançının hər biri medal qazanıb.
Elşən Hüseynov (107 kq) qızıl, Şamo Aslanov (107 kq-dan çox) qızıl, Leyla Kərimova (86 kq) 1 qızıl və 1 bürünc, Pərvin Məmmədov (49 kq) gümüş, Nurlan Babacanov (97 kq) bürünc medal əldə edib.
İdmançılar daha sonra Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər.
Qeyd edək ki, R.Rəhimov para pauerliftinq üzrə hakim lisenziyası qazanan ilk azərbaycanlıdır. O, hakim qismində ilk dəfə Tbilisidəki Dünya Kubokunda çıxış edib.