Fövqəladə vəziyyət elan olunacağı təqdirdə Yay Olimpiya Oyunlarının taleyinə aydınlıq gətirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Eyni adama məxsus 4 şirkət ləğv olunur  |     12:09 Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?  |     12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |    

Fövqəladə vəziyyət elan olunacağı təqdirdə Yay Olimpiya Oyunlarının taleyinə aydınlıq gətirilib

Yaponiya paytaxtında fövqəladə vəziyyət elan olunsa belə, Tokiodakı Yay Olimpiya Oyunları keçiriləcək.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Olimpiya oyunların koordinasiya komissiyasının rəhbəri Con Kouts bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.

“Bunu idmançılar üçün, onların xəyallarını reallaşdırmaq üçün edirik. Olimpiya Oyunları elə bunun üçün yaradılıb”, - deyə Kouts əlavə edib.

Onun sözlərinə görə, təhlükəsiz Olimpiya oyunlar təşkil etmək üçün görülən və planlaşdırılan tədbirlər ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) tam qane edir.

Hazırda doqquz prefekturada - Tokio, Osaka, Hyogo, Kyoto, Ayti, Fukuoka, Hokkaydo, Hiroşima və Okayamada fövqəladə rejim fəaliyyətdədir. Daha 10-da isə koronavirusla mübarizə üçün gücləndirilmiş tədbirlər görülür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            525 22.05.21 13:32