Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Eyni adama məxsus 4 şirkət ləğv olunur  |     12:09 Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?  |     12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |    

Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı

Azərbaycanın üç karateçisi Xorvatiyanın Poreç şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.

Monteneqro, Bosniya və Herseqovina, Albaniya və İtaliyadan olan rəqiblərinə qalib gələn P.Abdullayev (-84 kq) finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq.

Finaladək Kipr, Fransa, Avstriya, Danimarkadan olan rəqiblərinə qalib gələn İrina Zaretskayanın (-68 kq) isə həlledici görüşdə rəqibi Viki Panetsidu (Yunanıstan) olacaq.

Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq. O, yarımfinalda serbiyalı Slobodan Biteviçə məğlub olub. Qitə üçüncüsü olmaq üçün Asiman Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir.

Roman Heydərov (fərdi kata) üç dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Avropa çempionu Mattia Buzato (İtaliya) olacaq.

Qadın karateçimiz Fəridə Əliyeva (+68 kq) zədə aldığından çempionata qatılmayıb.

Rafael Ağayev (-75 kq) isə dünən finala vəsiqə qazanıb. Onun rəqibi Minskdəki II Avropa Oyunlarının finalında uduzduğu Stanislav Qoruna (Ukrayna) olacaq. Rafaelin 12-ci dəfə qitənin ən güclüsü olmaq imkanı var. Bu onun 14-cü Avropa çempionatının finalı olacaq.

Qeyd edək ki, medallar uğrunda həlledici görüşlər mayın 22-də keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 912 20.05.21 12:26