Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulur.
Turun keçirilən 3 oyunundan sonra avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.
Səfərdə “Səbail”i 1:0 hesabla məğlub edən “Sumqayıt” xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə başa vurub. "Kimyaçılar" növbəti mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
“Zirə” isə səfərdə “Sabah”a 1:2 hesabı ilə uduzub. “Sumqayıt”dan 1 xal geri qalan Rəşad Sadıqovun komandası 38 xalla mövsümü dördüncü pillədə btiirib.
Turun digər matçında isə “Keşlə” “Qəbələ” üzərində 3:1 hesablı qələbə qazanıb.
“Səbail” – “Sumqayıt” - 0:1
Qol: Murad Xaçayev, 43
“Sabah” –“ Zirə” - 2:1
Qollar: Ramil Şeydayev, 21 (1:0), Qismət Alıyev, 72 pen. (1:1), Xulio Sezar Rodriqes, 89 (2:1)
“Keşlə” – “Qəbələ” - 3:1
Qol: Şəhriyar Əliyev, 15 (1:0), Silvio Rodriqes, 16 (2:0), Ceyms Adeniyi, 26 (2:1), Vüsal İsgəndərli, 90+6 (3:1)