Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
125 kq çəki dərəcəsində mübarizə aparan Dağıstan əsilli idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib – 6:3.
Qeyd edək ki, Vahid Qalayev böyüklərin yarışında da millimizdə debüt edib. O, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirində ikinci görüşündə (1/4 final) Venesueladan olan rəqibinə uduzaraq Olimpiadaya vəsiqə qazana bilməyib.
Həmçinin, 86 kq-da yarışan Orxan Abbasov da yarımfinala vəsiqə qazanıb.