Ramin Musayev "Neftçi" - "Qarabağ" matçından danışdı, azarkeşlərdən üzr istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

Ramin Musayev "Neftçi" - "Qarabağ" matçından danışdı, azarkeşlərdən üzr istədi

"Çempionatla bağlı gərgin nəsə görmürəm. Ancaq Premyer Liqamız maraqlı keçir və şükürlər olsun ki, maraqlı da bitəcək".

"Report"un məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu barədə danışarkən deyib.

O, həm qızıl, həm də bürünc medal üçün mübarizənin hələ də davam etdiyini xatırladıb: "Bu da çempionatın ədalətli keçməsindən xəbər verir. Güclü tərəf qalıb gəlsin. Vacib olan odur ki, bizi Çempionlar Liqasında və avrokuboklarda təmsil edən komandalar əvvəlki kimi azarkeşləri sevindirsin".

Musayev qarşılaşma haqqında proqnoz vermək istəmədiyini söyləyib: "Bu, futboldur. Stadion düz, top isə yumrudur. Kim güclüdürsə, o da qalib gələcək. Sözsüz ki, maraqlı oyun olacaq. Azarkeşlərdən üzr istəyirəm. Biz onlara tribunadan matçı izləməyə şərait yarada bilmirik. Ancaq televiziya vasitəsi ilə baxacaqlar. Məcburuq, biz bu yola getməliyik. İnsanların vəziyyətini düşünməliyik. Koronavirus bütün dünya üçün bəladır. Hamımız buna qalib gəlmək üçün lazım olan addımları atmalıyıq. Bu səbəbdən, bu mövsüm üzrlü saysınlar. İnanıram ki, növbəti mövsümdə hər şey daha yaxşı olacaq".

PFL rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 1-dək karantini uzatdığını xatırladıb: "Sizlərin vasitəsilə həmin qurumlara minnətdarlığımızı bildiririk ki, ən azından çempionatı keçirməyə imkan verdilər və maraqlı çempionat alınıb".

Musayev "yeni mövsümdən Azərbaycan Premyer Liqasında daha çox komanda iştirak edə bilərmi?" sualına isə belə cavab verib: "Həyatda hər şey ola bilər. Düşünürəm ki, əgər I Divizion təmsilçiləri lisenziya ilə bağlı göstəricilərə əməl etsəydilər, nəsə iş görmək mümkün idi. Bir dəfə mənə sual verdilər ki, Ramin müəllim, "Xəzər Lənkəran" komandası qayıtsa, onlar hansı çempionatdan başlayacaqlar? I Divizionda, ya əsas dəstədə? Mən dedim ki, qanunla I Diviziondan başlamalıdır. Ancaq mən o öhdəliyi öz üzərimə götürürəm, qanun pozuntusuna yol verərəm, ancaq kömək edərəm ki, "Xəzər Lənkəran" mübarizəyə Premyer Liqadan başlasın. Təki klublarımıza normal sponsor tapılsın. Yəqin ki, ondan sonra nəsə əldə etmək olar. "Xəzər Lənkəran" qayıtsa, Premyer Liqada olacaq. Həmişə sözümüz qüvvədədir".

Qeyd edək ki, mayın 19-da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da start götürəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 17.05.21 20:29