“Bu ilin iyununda Azərbaycanda keçiriləcək “Formula 1” Qran Prisində tamaşaçı olmayacaq”.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Halqasından (BŞH) bildirilib.
Bildirilib ki, Bakıda keçiriləcək “Formula 1” yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq:
“Bu il koronavirus pandemiyası ilə bağlı əyləncə zonası olmadığına görə bulvarın bağlanmasına ehtiyac yoxdur”.
Qeyd edək ki, Azərbaycanda “Formula 1” Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.