Tokioda Yay Olimpiya Oyunlarının ləğv olunmasına dəstək xarakterli petisiyanı 350 mindən artıq Yaponiya vətəndaşı imzalayıb.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Petisiyanın müəllifi yaponiyalı siyasətçi Kendzi Utsunomiyadır. Sənəddə göstərillir ki, ölkədə hazırda hökm sürən pandemiya şəraiti bu cür irimiqyaslı idman tədbirini keçirməyə imkan vermir.
Qeyd edək ki, petisiya mayın beşində başladılıb.