“Qarabağ” və “Neftçi” arasında gərgin yarış: Bu gün çempion bəlli ola bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?  |     12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |    

“Qarabağ” və “Neftçi” arasında gərgin yarış: Bu gün çempion bəlli ola bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun qarşılaşmaları keçiriləcək.

Saat 17:00-da başlanacaq günün ilk qarşılaşmasında “Qəbələ” və “Sabah” münasibətlərə aydınlıq gətirəcək.

Saat 19:00-da isə çempionatımızın 27-ci turunun növbəti oyunları start götürəcək.

“Qarabağ” “Keşlə”ni, “Sumqayıt” “Neftçi”ni, “Zirə” isə “Səbail”i qəbul edəcək.

Çempionluq uğrunda gərgin mübarizənin getdiyi çempionatımızda bu gün qızıl medalların taleyinə aydınlıq gələ bilər. Belə ki, “Neftçi” “Sumqayıt”a məğlub olacağı, “Qarabağ” isə “Keşlə”ni məğlub edəcəyi halda Ağdam təmsilçisi növbəti dəfə Azərbaycan çempionu adına yiyələnəcək.

Həmçinin “Sumqayıt” “Neftçi”yə məğlub olacağı halda üçüncü pillədəki yerini itirə bilər. Belə ki, hazırda Sumqayıt təmsilçisi “Zirə”dən cəmi 1 xal öndədir.

Qeyd edək ki, hazırda Premyer Liqaya 54 xala malik “Qarabağ” liderlik edir, “Neftçi” 53 xalla ikinci, “Sumqayıt” 36 xalla üçüncü, “Zirə” isə 35 xalla dördüncü pillədədir.

Eyni xala (25) malik “Sabah” və “Qəbələ” müvafiq olaraq beşinci, altıncı pillələrdə qərarlaşıb. “Səbail” 24 xalla yeddinci, “Keşlə” isə 23 xalla sonuncudur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            999 14.05.21 12:48