Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |    

Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq

Mayın 12-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Avropa Olimpiya Təsnifat Turniri və II Dünya Kuboku start götürəcək.

"Report"un məlumatına görə, beş gün davam edəcək yarışda Azərbaycan kanoeçi Malxaz Çinçaraşvili ilə təmsil olunacaq. 24 yaşlı idmançı 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Olimpiya lisenziyalı turnirdə o, seçmə mərhələdə Ara Vrabyan (Ermənistan), Vadim Korobov (Litva), İlya Ştokalov (Rusiya), Maksim Petrov (Belarus), Angel Kodinov (Bolqarıstan), Zaza Nadiradze (Gürcüstan) və Sergey Tarnovski (Moldova) ilə mübarizə aparacaq. İlk "3-lüy"ə düşənlər yarımfinala yüksələcəklər.

Növbəti mərhələdən finala yüksəlmək üçün də yeni "3-lüy"ə düşmək lazımdır. Seçmə və yarımfinal mərhələləri ilk yarış günündə, finallar isə ertəsi gün olacaq. Tokio Yay Olimpiya Oyunlarına lisenziyaları ilk 2 yerdən birini tutanlar qazanacaq.

Mayın 14-də Çinçaraşvili Dünya Kubokunda 1000 metr, mayın 15-də 500 metr məsafələrə yürüşlərə qatılacaq. 1000 metr məsafəyə finallar mayın 15-də, 500 metr məsafəyə həlledici yürüş isə mayın 16-da olacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 11.05.21 16:59