İngiltərə Premyer Liqası “İdman TV”dən alınır? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

İngiltərə Premyer Liqası “İdman TV”dən alınır? - AÇIQLAMA

“İdman TV”nin növbəti mövsümdən etibarən İngiltərə Premeyr Liqası matçlarını yayımlamayacağı iddia olunur. Sosial şəbəkələrdə yayılan iddialara görə, telekanal hazırkı mövsümün qarşıdakı turlarının matçlarını da yayımlamayacaq. Buna telenakanın maliyyə problemi ilə üzləşməsi səbəb göstərilir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən telekanalın direktoru Rövşən Binnətli qeyd edib ki, sadəcə, bu gün bir matç üçün siqnal gəlməyib:

“Bu məlumatların haradan olduğunu bilmirəm. Amma biz dünən “Liverpul” - “Sauthempton” matçını da yayımlamışıq. Sadəcə bu gün bir matç üçün siqnal gəlməyib. Səbəbini araşdırırıq. Sadəcə görünən odur ki, bizim ödədəyimiz ödənişlər ya bankda yaranan problemdən, ya hansısa səbəbdən onlara çatmayıb. Bu məsələ də hazırda araşdırılır. Rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Çalışacağıq ki, bunu həll edib hər şeyi qaydasına salaq.

Amma konkret İngiltərə Premyer Liqası “İdman Azərbaycan” kanalında yayımlanmayacaq deyə bir şey yoxdur. Müqaviləmiz bir illikdir. 2020/2021-ci illəri əhatə edir. Növbəti mövsümlərdə davam edib-etməcəyimiz rəhbərliyin qərarından asılı olan məsələdir.

Hazırkı vəziyyətdə problem odur ki, ödənişlərdə hansısa çətinlik ortaya çıxıb. İş günü olmadığından biz onlarla əlaqə da saxlaya bilmirik. Amma növbəti günlərdə əlaqə saxlayacağıq və hansı problemin olduğunu biləcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            501 10.05.21 11:29