AFFA İntizam Komitəsi "Sabah" klubunun məşqçisi Miloş Yevtiçi 5 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, buna serbiyalı mütəxəssisin "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur oyununda təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub.
Həmçinin klub 4 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı 2:2 hesabı ilə başa çatıb.