Türkiyənin Konya şəhərində keçirilməli olan V İslam Həmrəylik Oyunları ikinci dəfə təxirə salınıb.
10-19 sentyabrda baş tutmalı olan yarış koronavirus pandemiyası ilə bağlı olaraq bu il keçirilməyəcək.
İslam Həmrəyliyi İdman Federasiyasından açıqlamada yarışın 2022-ci il 9-18 avqust tarixlərinə keçirildiyi bildirilib.
Qeyd edək ki, bu yarış sonuncu dəfə 2017-ci ildə Bakıda baş tutub. Konyada keçirilməli yarış bu ilin yay aylarında baş tutmalı olsa da, Olimpiadaya görə sentyabra salınmışdı.